IQNA

Hollandiyada halal kəsim üçün yeni qaydalar

18:23 - February 09, 2022
Xəbər sayı: 3491712
Hollandiyadakı bir İslam təşkilatı İslami heyvan kəsimi qanunlarını AB qaydalarına uyğunlaşdırmaq üçün halal kəsim üçün yeni üsul təklif edib.

"İQNA", "Salam Gatoway"-a istinadən xəbər verir ki, heyvanların halal kəsim prinsipləri ilə kəsilməsinə dair Aİ qanunvericiliyi ilə bağlı mübahisələr yarandığı bir vaxtda Hollandiya müsəlmanlarının rəsmi nümayəndəlik orqanı həm İslam prinsiplərinə, həm də Avropa qanunlarına uyğun gələn yeni standartlar hazırlayıb.

Bu planın məqsədi kəsilməzdən əvvəl heyvanları elektrik cərəyanı vermədən kəsməkdir. Bu üsul ağrıları azaltmaq üçün boynunu kəsdikdən 40 saniyə sonra heyvana şok verməyə imkan verir.

Bu standart Hollandiya hökuməti ilə ölkədəki müsəlman icması və müvafiq sənaye sahibləri arasında əlaqə olan "Contactorgaan Moslims en Overheld" İslam təşkilatı tərəfindən təqdim edilib.

Bu milli halal standartı hansı məhsulların halal lisenziyasının verilə biləcəyi ilə bağlı konsensusa nail olmaq üçün nəzərdə tutulub.

4034875

captcha