"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, bu mərasim Misir Kitabları Baş İdarəsi tərəfindən Qahirə Beynəlxalq Kitab Sərgisinin Mədəniyyət Salonunda təşkil olunub. Misir Qarilər və Hafizlər Birliyinin rəsmi sözçüsü Məhəmməd əl-Saati iştirak edib.
O, təşkilatçılara təşəkkür edərək deyib ki, bu mərasimdə qiraət və qiraətlə İslam mədəniyyətinin zənginliyində təsirli rol oynamış Misirdə qiraətin qızıl dövrünün iki şəxsiyyətinin xatirəsi ehtiramla yad edilib.
Misir İslam İşləri Ali Şurasının məsullarından Həsən Xəlil deyib ki, Şeyx Şueyşə və Şeyx Əl- Behtiminin qiraətdə dünyanı heyrətə gətirən nadir istedadları var idi. Görkəmli qiraət üsulu, onları qiraət etmək üçün Şərqə və ərəb dünyasına apardı.