IQNA

Fransa prezidentliyinə namizəd: "Azanı qadağan edəcəm!"

11:58 - February 13, 2022
Xəbər sayı: 3491731
Fransa prezidentliyinə namizəd seçiləcəyi təqdirdə ölkə məscidlərində azan səslənməsini qadağan edəcəyini açıqlayıb.

"İQNA", "TRT"-yə istinadən xəbər verir ki, Fransalı siyasətçi Erik Zemur növbəti dəfə qalmaqallı bəyanatında məscidləri hədəf alıb. O, BFMTV-yə müsahibəsində deyib ki, mən Fransada müəzzinin səsini eşitmək istəmirəm və prezident olsam, bunu edəcəm.

Müsahibənin başqa bir hissəsində o, Fransanın hər yerində kilsələrin olması lazım olduğunu deyib. Həmçinin əlavə edib ki, mən böyük məscidlərin tikintisini qəbul etmirəm."

Bəzi Aİ liderlərinin təklif etdiyi Avropa sərhədlərində divar tikmək ideyası ilə bağlı suala cavabında Zemur bu təkliflə razılaşdığını bildirib.

4035494

Teqlər: fransa ، prezident ، namizəd ، azan ، siyasətçi
captcha