IQNA

Qəzzada Quran hafizləri üçün bayram keçirilib

22:27 - February 13, 2022
Xəbər sayı: 3491735
Qəzzanın şərqindəki Əl-Dərc Əl-Şərqi bölgəsindəki Əl-Sədra Quran Hifzi Mərkəzində yeni Quran hafizləri qrupunun buraxılış mərasimi keçirilib.

"İQNA", "Beyrut Press"-ə istinadən xəbər verir ki, dünən gecə 12 fevralda təşkil edilən bu mərasimdə 120 tələbə, Quran və Hədis hafizi iştirak edib.

Tədbirdə yerli məsul şəxslər, Quran hafizlərinin ailə və yaxınları da iştirak ediblər. Bu bayram Quran qarilərindən olan Şeyx Əhməd Samir Bostanın Quran tilavəti ilə başlayıb.

Əl-Sədra məscidinin məsullarından olan Şeyx Məhəmməd Murad mərasimdə çıxışı zamanı deyib: "Quran hafizlərinin məzun olmasının onları və ailələrini sevindirdiyini görmək bizi sevindirir. Bu qrup Quran hifzi sertifikatı alacaq."

Sonda Quranı bütövlükdə əzbərləməyi bacaran 9 Quran tələbəsi, Quran tilavəti və hədis hifzi kurslarını müvəffəqiyyətlə bitirən tələbələr mükafatlandırılıb.

4035871

Teqlər: qəzza ، quran ، hafiz ، quran hifzi ، tilavət
captcha