"İQNA", "Sarayevo"-ya istinadən xəbər verir ki, Bosniya Fars Kolleci Kompleksinin müsəlman qızları və müəllimləri üçün Sarayevoda festival keçirilib.
Festivalda Bosniya Fars Kolleci Kompleksinin tələbə qızları, ustadları, müəllimləri və pedaqoqları iştirak ediblər. Bu festival fevralın 11-nə kimi davam edib.
Ən gözəl hicab yarışmasına müsəlman qızlar gözəl geyimlərlə qatılıblar. Bu bölüm çox yaxşı qarşılanıb.
Surud və teatr tamaşaları festivalın digər proqramları olub. Festivaldan əvvəl mərasim zalı tələbələr tərəfindən hazırlanaraq bəzədilmişdir.