IQNA

İsveçdə İmam Əlinin (ə) mövludu qeyd olunur

22:47 - February 14, 2022
Xəbər sayı: 3491739
İmam Əlinin (ə) mövludu və Atalar Günü İsveçin paytaxtı Stokholmdakı İmam Əli (ə) İslam Mərkəzi tərəfindən təşkil olunur.

"İQNA", xəbər verir ki, bu bayram 14 fevral 2022-ci il bazar ertəsi, İsveç vaxtı ilə saat 19:00-da İmam Əli (ə) İslam Mərkəzinin toplantı zalında keçiriləcək. Əhli-beyt (ə) aşiqləri bu mərasimdə iştirak edəcəklər.

Bu bayram mərasiminin keçirilməsində məqsəd Həzrət Əlinin örnək şəxsiyyətini, onun həyat tərzini tanıtmaq və ataların böyük məqamını qeyd etməkdir.

Mərasimdə höccətül-islam vəl-müslimin Məhəmməd Rəzəvirad çıxış edəcək. Əhli-beyt (ə) məddahı Mövlayi də məddahlıq edəcək.

4036011

captcha