IQNA

Noam Çomski: "Hindistan müsəlmanları təqib olunan azlığa çevriliblər"

22:53 - February 14, 2022
Xəbər sayı: 3491742
Amerikalı tədqiqatçı Noam Çomski deyib ki, islamofobiya Hindistanda ən ölümcül formasını alıb və təxminən 250 milyon insan təqib olunan azlıqlara çevrilib.

"İQNA", "Pakistan Observer"-ə istinadən xəbər verir ki, tanınmış tədqiqatçı Hind-Amerika Müsəlmanları Şurasının ev sahibliyi etdiyi vebinara videomüraciətində Hindistan hökumətinin müsəlmanlara qarşı davranışını tənqid edib. O, bildirib ki, islamofobiyanın zərərləri Qərbdə genişləndikcə Hindistanda ən ölümcül formasını alır.

Çomski həmçinin bildirib ki, sağçı hindu millətçi Narendra Modinin rejimi Hindistanın işğalı altında olan Kəşmirdə cinayətini gücləndirib.

O, qeyd edib ki, Kəşmir cinayətlərinin uzun tarixi var. O, indi işğal olunmuş ərazidir və onun hərbi nəzarətdə saxlanılması işğal olunmuş Fələstininə bənzəyir.

4036043

captcha