IQNA

Hərəmlərin üzərinə "Əli (ə) hidayət bayrağıdır" yazılmış bayraq vurulub

14:24 - February 15, 2022
Xəbər sayı: 3491744
Müqəddəs Ələvi Astanının rəsmi nümayəndə heyəti "Əli (ə) hidayət bayrağıdır" yazılmış bayrağları İmamların (ə) müqəddəs hərəmlərinin üzərinə vurmaq üçün Müqəddəs Hüseyni, Abbasi, Kazimeyn və Əskəriyyeyn Astanalarının nümayəndələrinə hədiyyə ediblər.

"İQNA", "İmam Əli (ə) şəbəkəsi"-nə istinadən xəbər verir ki, Müqəddəs Ələvi Astanının idarə heyətinin üzvü Səlim Əl-Cəsani bildirib ki, bu mərasimin keçirilməsində məqsəd Əmirəl-möminin Əlinin (ə) mübarək mövluduna Müqəddəs Hüseyni, Abbasi, Kazimeyn və Əskəriyyeyn Astanalarını hazırlamaqdır.

Əl-Cəsaninin sözlərinə görə, Ələvi Astanı, İmam Əlinin (ə) mövludu gecəsində Həzrət Zeynəbin (s) hərəminin üzərinə vurmaq üçün digər bir bayrağı o həzrətin hərəminə göndərib.

O, əlavə edib ki, Qüds Rəzəvi Astanı və Kufə məscidi də bu mərasimin keçirilməsi üçün istəklərini bildiriblər. Əmirəl-mömininin (ə) bayrağının müqəddəs Rəzəvi hərəmində və Kufə məscidinin eyvanlarında ucaldılması üçün xüsusi mərasim keçiriləcək.

4036363

captcha