IQNA

Oman müftisi Hindistandakı hicab qadağasını pisləyib

16:20 - February 15, 2022
Xəbər sayı: 3491747
Oman müftisi Hindistan hakimiyyətini Hindistan müsəlmanlarının hüquqlarına hörmət etməyə çağırıb. Necə ki, Hindistanda müsəlmanların hakimiyyəti dövründə qeyri-müsəlmanlar öz hökmdarlarından hörmət və ədalətdən başqa bir şey görməmişdilər.

"İQNA", "Əl-Xəlic Online"-a istinadən xəbər verir ki, bütün Omanın müftisi Şeyx Əhməd ibn Həmd Əl-Xəlili Hindistanda müsəlmanlara, xüsusilə də qadınlara qarşı təzyiq və təqibləri pisləyərək, bu problemin həll edilməsini istəyib.

O, bildirib ki, nəhayət, hindli müsəlman qadına da dini hicabına görə təzyiq edilib. Bu, dinə və müqəddəslərin qorunmasına aid bir məsələdir.

Şeyx Əl-Xəlili deyib ki, məlumdur ki, Hindistan əsrlər boyu müsəlman hökmdarlar tərəfindən idarə olunub. Bu zaman onlar öz inanclarına, ibadətlərinə və onların bütün adət-ənənələrinə hörmətdən başqa bir şey görməyiblər. Buna görə də Hindistan hakimiyyəti Hindistan müsəlmanlarının hüquqlarına hörmət etməlidir.

4036045

captcha