IQNA

Qadınların sülhün bərqərar olmasındakı rolu

15:53 - February 16, 2022
Xəbər sayı: 3491754
İsveçrənin Cenevrə Universitetinin İslam sivilizasiyası üzrə ustadı xüsusilə Coronanın baş qaldırdığı dövrdə müsəlman qadınların Qərb cəmiyyətlərindəki rolunu vurğulayıb.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, İsveçrənin Cenevrə Universitetinin İslam sivilizasiyası üzrə ustadı Fevziyə əl-Əşmavi, Misirdə İslam İşləri Ali Şurasının 32-ci Konfransında çıxış edib. Vəqflər naziri Məhəmməd Muxtar Cümənin sədrliyi ilə keçirilən "Vətəndaşlıq müqaviləsi və onun sosial və dünya sülhünün əldə edilməsinə təsiri" başlığı altında o, müsəlman qadınların Qərb cəmiyyətlərindəki rolunu vurğulayıb.

O, bildirib ki, qadınlar bu lənətlənmiş xəstəliyə qarşı mübarizədə fəal iştirak edərək, özləri və ailələri üçün profilaktik tədbirlərə riayət etməklə, qonşularına və tanışlarına ailələrinin sağlamlığının qorunmasında köməklik göstəriblər. Həmçinin iş yerlərində həmkarları ilə ünsiyyət qura bilmişlər. Bununla da İslamın qadına yüksək məqam verdiyini avropalılara sübut ediblər.

Bu unuversitet ustadı belə mövqeyin Avropa qadınlarının qibtə etdiyi bir mövqe olduğuna işarə edərək deyib: "Müsəlman qadınlar İslam Peyğəmbərinin (s) Mədinədə olduğu vaxtdan bu günə qədər ki, 14 əsr keçib, bütün mülki və siyasi hüquqlarından istifadə ediblər.

O, qeyd edib ki, qadınlar müsəlman cəmiyyətlərində sülhün bərqərar olmasında müsbət rol oynayacaqlar. Çünki qadın ailənin sabitliyini təmin edən sütundur.

4036517

captcha