IQNA

İslam Əməkdaşlıq Təşkilatı Hindistandakı son hadisələrə reaksiya verib

11:19 - February 17, 2022
Xəbər sayı: 3491757
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bəyanat yayaraq, Hindistanda müsəlmanlara qarşı hücumların davam etməsindən narahatlığını bildirib.

"İQNA", "Siasat Daily"-yə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hüseyn İbrahim Taha, Hindistanda müsəlmanlara və onların ibadət yerlərinə qarşı davam edən hücumlardan, son zamanlar müxtəlif əyalətlərdə İslam əleyhinə qanunların tendensiyası və müsəlmanlara qarşı zorakılığın artmasından narahat olduğunu bildirib.

İslam Əməkdaşlıq Təşkilatı bu bəyanatda beynəlxalq ictimaiyyəti, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İnsan Haqları Şurasını (HRC) bununla bağlı lazımi tədbirlər görməyə çağırıb.

Bu Təşkilat həmçinin Karnatakada müsəlman qız tələbələr üçün hicab qadağası ilə bağlı xəbərdarlıq edib.

İslam Əməkdaşlıq Təşkilatı Uttarakhandda müsəlmanların soyqırımı ilə bağlı ictimai çağırışlardan narahatlığını ifadə edib. Həmçinin sosial şəbəkələrdə müsəlman qadınların təhqir olunduğu bildirilib.

4036621

captcha