IQNA

Dubayda Beynəlxalq Halal Sərgi açılıb

11:19 - February 17, 2022
Xəbər sayı: 3491758
39 halal qida ixracatçısı öz məhsullarını Dubay Beynəlxalq Körfəz Qida Sərgisində nümayiş etdirib.

"İQNA", "Business World"-ə istinadən xəbər verir ki, Fevralın 13-ü bazar günü başlayan sərgiyə halal sertifikatı olan bir çox qida istehsalçısı qatılıb.

Filippin və Malayziya kimi Şərqi Asiya ölkələrindən olan bu istehsalçıların çoxu sərgidə iştirak edib.

Yarmarkada nümayiş etdirilən məhsullar arasında bitki mənşəli qidalar, emal olunmuş dəniz məhsulları, meyvə-tərəvəzlər, dondurulmuş yerli qidalar, əriştə, qəhvə, kakao, ədviyyatlar olub.

Bu sərgi fevralın 17-nə qədər davam edəcək.

4036296

Teqlər: dubay ، beynəlxalq ، halal ، sərgi ، qida
captcha