IQNA

İnsan Allahı dərk edə bilərmi?

12:35 - February 19, 2022
Xəbər sayı: 3491767
Allah-Taala insan zehninin tutumundan çox yüksək və çox əhatəlidir. Allah-Taalanın mahiyyətini insan zehni dərk edə bilməz, çünki insan ağlı müəyyən məhdudiyyətlər daxilində fəaliyyət göstərir.

Allah-Taala insan zehninin tutumundan çox yüksək və çox əhatəlidir. Allah-Taalanın mahiyyətini insan zehni dərk edə bilməz, çünki insan ağlı müəyyən məhdudiyyətlər daxilində fəaliyyət göstərir. Bizim şüurumuz zaman, məkan kimi çərçivələrin fövqündə olan varlığı anlamaq imkanında deyil. Biz Allahın elminin, qüdrətinin, mərhəmətinin, ədalətinin ölçülərini və necəliyini anlaya bilmərik. Amma insan Allahın sifətlərini öyrənməklə Onun haqqında müəyyən təsəvvürlər əldə edə bilər.

Həmçinin, Allahın yaratdıqlarını müşahidə etməklə, dünyadakı nizam-intizamı seyr etməklə Allahın varlığı, ədaləti, qüdrəti, hikməti, elmi barədə qənaət əldə edirik. Buna görə məsumlarımızın hədislərində də buyurulur ki, Allahın zatı yox, sifətləri barədə düşünün. Həmçinin, bəzi hədislərdə Allahın yaratdıqları barədə düşünmək ən böyük ibadətlərdən sayılır.

captcha