IQNA

Heratda Quran müəllimlərinin hazırlıq kursları başlayıb

22:31 - February 20, 2022
Xəbər sayı: 3491772
Əfqanıstanın Herat şəhərində İran İslam Cümhuriyyətinin Mədəniyyət Mərkəzi tərəfindən Qurani-Kərim müəllimi hazırlığı kurslarına start verilib.

"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının İctimaiyyətlə Əlaqələr şöbəsinə istinadən xəbər verir ki, İran İslam Cümhuriyyətinin Heratdakı Mədəniyyət Mərkəzinin köməkliyi və Herat Quran Məktəbinin əməkdaşlığı ilə Heratda Qurani-Kərim müəllimi üçün hazırlıq kurslarına başlanılıb.

Bir çox araşdırmalardan sonra Heratın Qozare şəhərinin Əndişə, Əmir Əli Şir Nəvai, Səbz, Məhəmmədi, Səfir Bərq və Came məntəqələri bu dərs kursundan ən məhrum şəhərləri kimi müəyyən edildi və bu kurslar başladı.

Məlumata görə, bu təlim kursları 80 saat 20 gün davam edəcək.

4036847

Teqlər: herat ، quran ، müəllim ، kursl ، hazırlıq
captcha