IQNA

Yəməndə Quran müsabiqəsi keçirilib

10:17 - February 21, 2022
Xəbər sayı: 3491780
Yəmən Milli Qurtuluş Hökumətinin rəsmiləri Rəcəb ayı və Ənsarullah hərəkatının qurucusu və keçmiş lideri Seyid Hüseyn Bədruddin əl-Husinin şəhadətinin ildönümü münasibətilə Taiz əyalətində "Fi Rahabil-Quran" yarışması keçirib.

"İQNA", "Saba Net"-ə istinadən xəbər verir ki, Yəmənin Taiz Əyalətinin İrşad İdarəsinin Quran Təhsili Şöbəsi "Fi Rahabil-Quran" yarışması keçirib.

Bu müsabiqədə 275 kişi və qadın yarışmacı iştirak edib. Həmçinin Yəməndə Quran işinin banisi sayılan şəhid lider Hüseyn Bədruddin əl-Husinin şəhadətinin ildönümü ilə eyni vaxtda keçirilib.

Taiz valisi məmurların Quran hafizlərinə verdiyi dəstəyə və gənclər arasında düzgün Quran mədəniyyətinin yaradılmasına toxunaraq deyib: "Qurani-Kərimi təvazökarlıqla dinləmək ruhun və bədənin əsl qidasıdır ki, bu vasitə ilə insan Uca Allaha daha çox yaxınlaşar."

4037506

captcha