"İQNA", İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, Uqandalı Quran hafizi Amaniyə Adil Əli, Kampalada İran Mədəniyyət müşavirliyinin vasitəsi ilə tanıtdırılıb. O, Quranı əzbərləmək sahəsində İran İslam Cümhuriyyətinin 38-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsinin final mərhələsinə yüksəlib.
Mədəniyyət işləri üzrə məsləhətçi, Kampala İslam Universitetinin tələbəsi Adil Əlinin Qurani-Kərim müsabiqəsinin final mərhələsinə yüksəlməsindən məmnun olduğunu bildirərək deyib: "Bu nümayəndəlik Quran diplomatiyasını inkişaf etdirməyə və İranın Vəqf Təşkilatına hafizlər və qariləri tanıtdırmağa çalışır."
Bu müsabiqə virtual olaraq keçirilib.