IQNA

Zorakılığın qarşısının alınmasında məscidlərin rolu

17:30 - February 23, 2022
Xəbər sayı: 3491794
Əlcəzairin vəqflər naziri zorakılıq və ekstremizmin qarşısının alınmasında, müsəlmanlar arasında dostluq və sevginin yaradılmasında məscidlərin mühüm rolu olduğunu vurğulayıb.

"İQNA", "Əlcəzair" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Əlcəzairin Dini İşlər və Vəqflər Naziri Yusif Belmehdi, Burj Bouirirej əyalətinin məscidlərinə səfəri zamanı deyib: "Məscidlər və Quran məktəbləri milli kimliyi dəstəkləyir."

Əlcəzairin vəqflər naziri bəyan edib ki, dini binaların yaradılması cəmiyyətin inkişafı sahəsində atılan addımdır. Çünki Quran məktəbləri və məscidlər əvvəllər saleh mücahidlərin yetişdiyi yer olub. İndi onlar dostluq və sevgini inkişaf etdirmək, zorakılıq və ekstremizmlə mübarizə aparmaq və gəncləri maarifləndirmək üçün çalışırlar.

4038077

captcha