IQNA

London qatar stansiyasında baş örtülü qadına irqçi hücum olub

9:59 - February 23, 2022
Xəbər sayı: 3491795
Britaniya mətbuatı London vağzalında bir kişinin hicablı qadına hücum etdiyini və onun başından baş örtüsünü çəkdiyini yazıb.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, Londonun şərqindəki qatar stansiyasında baş örtülü qadına qarşı irqçi hücum polisi cinayəti araşdırmağa vadar edib.

"Evening Standard" qəzeti bazar günü səhər (20 fevral) Londonun şərqində qatar stansiyaya yaxınlaşdığı zaman bir kişi qadına hücum edərək başındakı yaylığı çıxarmağa çalışıb.

Polis qatar vağzalında müşahidə kameraları tərəfindən çəkilmiş bir adamın şəkilini yayaraq, onun hadisədə əli ola biləcəyini bildirib. Polis həmçinin məlumatı olan hər kəsdən onlarla əlaqə saxlamağı xahiş edib.

4038033

captcha