IQNA

Bosniya və Herseqovinada halal məhsul və xidmətlərə meyil çoxalıb

17:23 - February 23, 2022
Xəbər sayı: 3491797
Bosniyalılar halal sertifikatlı mal və xidmətlərə getdikcə daha çox meyil edirlər və ölkə hazırda müsəlman turistləri cəlb etmək istəyir. Həmçinin halal məhsullarını dünyanın müxtəlif ölkələrinə ixrac edir.

"İQNA", "Salam Gatoway"-a istinadən xəbər verir ki, Bosniya və Herseqovinada hər il 15-20 şirkət halal sertifikat almaq prosesindən keçir. Bosniyadan hər il 30-dan çox ölkəyə 9000-ə yaxın halal sertifikatlı məhsul ixrac edilir.

Bosniyanın halal qida istehsalçıları Avropada və qlobal bazarlarda rəqabət qabiliyyətlərini artırırlar. Yarıdan çoxu müsəlman olan 3,2 milyonluq ölkədə Halal Keyfiyyət Sertifikatlaşdırma Təşkilatı 2006-cı ildə yaradılıb. Habelə Bosniya və Herseqovina İslam İcması tərəfindən idarə olunur.

Bosniya Halal Sənaye Assosiasiyasının prezidenti Vedad Halilovic, deyib ki, qida istehsalçılarından tutmuş otellərə, restoranlara və kosmetika istehsalçılarına qədər bir çox şirkət halal sertifikatına malikdir. Bosniyanın Halal Turizm Bölməsi otel və restoranlar üçün sertifikatlaşdırmanı artırıb. Həmçinin əksəriyyəti Fars körfəzi və Qərbi Avropa ölkələrindən olan bu ölkənin gözəl mənzərələrini ziyarət edən müsəlman turistlərin sayı artıb.

4038154

captcha