IQNA

Məscidlərdə səsgücləndiricilərdən istifadə üçün yeni təlimatlar verilib

12:02 - February 27, 2022
Xəbər sayı: 3491817
İndoneziya Dini İşlər Nazirliyi ölkə məscidlərində səsgücləndiricilərdən istifadə ilə bağlı yeni təlimatlar verib.

"İQNA", "Indonesia Expat"-a istinadən xəbər verir ki, İndoneziyanın dini işlər naziri Yaqut Cholil Quumas deyib: "Məscidlərdə səsgücləndiricilərdən istifadə müsəlmanlar üçün bir zərurətdir. Çünki onun vasitəsilə azan verilir. İndoneziyanın əhalisinin dini cəhətdən müxtəlif olduğunu başa düşmək vacibdir."

O, bildirib ki, bu təlimatlar vətəndaşlar arasında nizam-intizamı və koordinasiyanı artırmaq məqsədi ilə verilir. Bu, həmçinin səsgücləndiricilər vasitəsilə səsləndirilən səsin miqdarını və keyfiyyətini də əhatə edir. Səs 100 desibeldən çox olmamalıdır və səs keyfiyyəti yaxşı olmalıdır.

İndoneziyanın dini işlər nazirinin sözlərinə görə, təlimatda deyilir ki, məğrib azanından əvvəl məscidlərin çölündəki səsgücləndiricilər vasitəsilə 10 dəqiqə ərzində Qurani-Kərimdən ayələrin oxunması mümkündür.

4038733

Teqlər: məscid ، səsgücləndirici ، təlimat ، din ، azan
captcha