IQNA

İngiltərənin Lester şəhərində ilk halal qida festivalı keçiriləcək

12:04 - February 27, 2022
Xəbər sayı: 3491818
İngiltərənin Lester şəhərində "The Halal Family Group" tərəfindən İlk Halal Qida Festivalı təşkil olunacaq.

"İQNA", "Leicester Mercury"-ə istinadən xəbər verir ki,  bu festival bir icma olaraq bir araya gəlmək, müxtəlifliyi təşviq etmək və Britaniya cəmiyyətinin multikultural təbiəti ilə fəxr etmək üçün əla fürsətdir.

Festivalın iyunun 26-da Lesterdəki "Morning Sayd Arena"da keçirilməsi planlaşdırılır. Halal Qida Festivalı daha sonra İngiltərənin şimalındakı sakinlərə halal yeməyi dadızdırmaq üçün avqust ayında Mançesterə gedəcək.

Lester Halal Qida Festivalında 100-dən çox sərgi iştirakçısının iştirakı gözlənilir.

4038740

captcha