"İQNA", Sarayevodan xəbər verir ki, bu festival Fəcr ongünlüyü və Bosniya və Herseqovinanın müstəqilliyinin ildönümü münasibətilə fevralın 11-də (bəhmən ayının 22-də) başlayıb və fevralın 28-dək davam edib.
Bu proqram İranın Bosniyadakı mədəniyyət müşaviri və Sarayevo şəhərinin Eliaş rayonunun merinin iştirakı və dəstəyi ilə həyata keçirilib. Bu festivalda ibtidai və yuxarı sinif şagirdləri iştirak edib.
Bu festival çoxsaylı mədəni və bədii proqramlarla müşayiət olunub. Bu proqramlar həyata keçirildikdən sonra iştirakçılara hədiyyələr təqdim olunub.