IQNA

Konnektikutda ştatın qanunverici orqanının ilk müsəlman üzvü seçilib

17:05 - March 04, 2022
Xəbər sayı: 3491850
hicablı qadın yerli seçkilərdə qalib gələrək Konnektikut Ştat Assambleyasının ilk müsəlman üzvü olub.

"İQNA", "CT Mirror"-a istinadən xəbər verir ki, Konnektikut ştatının Vindzor şəhərindən olan Məryəm Xan, Konnektikut Nümayəndələr Palatasında keçirilən seçkilərdə ilk müsəlman olaraq qalib gəlib.

Qeyri-rəsmi nəticələr göstərib ki, Demokrat Partiyasının üzvü olan Xan digər iki namizədə qarşı səslərin təxminən 75 faizini qazanıb.

Bu nəticə ştatın qanunverici orqanının tərkibini demokratların xeyrinə 97-54 dəyişir.

33 yaşlı Məryəm Xan təhsil üzrə magistr dərəcəsinə malikdir və dövlət məktəblərində dərs deyir.

4039777

Teqlər: Konnektikut ، ştat ، müsəlman ، üzv ، hicablı
captcha