IQNA

Zaman bölümündə Məscidün-Nəbinin (s) Memarlıq Sərgisi

14:47 - May 08, 2022
Xəbər sayı: 3492196
Mədinədə Məscidün-Nəbinin (s) bəzi nadir və tarixi əsərləri ilə yanaşı, Peyğəmbər məscidinin memarlıq tarixini əks etdirən sərgi də yaradılmışdır.

"İQNA", "Zaviyə"-yə istinadən xəbər verir ki, Peyğəmbər (s) məscidinin tikintisi şübhəsiz ki, İslam memarlığının şah əsərlərindən biridir. Bu məscid bir növ ərəblər tərəfindən qrup şəklində tikilmiş ilk böyük memarlıq binasıdır. Bu binanın tikintisinin baş layihəçisi və nəzarətçisi Peyğəmbərin (s) özü olmuşdur.

Bu məscid sürətlə İslam dünyasındakı bütün məscidlərin prototipinə çevrilir. Peyğəmbər məscidinin arxitektura planı sonralar İslam dininə inananların sayı artdıqca genişlənmiş və Peyğəmbər məscidinin əsas və müasir planı iki mərtəbəlidir. Birinci mərtəbə ümumiyyətlə ibadət üçün ayrılmışdır. Peyğəmbər (s) məscidi indi yarım milyon müsəlman zəvvarı qəbul edə bilər.

Peyğəmbər məscidinin memarlıq tarixi sərgisində bu məscidə aid bəzi nadir əşyalar və memarlıq əsərləri nümayiş etdirilir.

Sərginin açılışını Mədinə valisi şahzadə Feysəl ibn Salman edib. O, mərasimdə qeyd edib ki, əsrlər boyu Peyğəmbər (s) məscidinin memarlığı memarlıq, mədəni və tarixi detallar və elementlərlə zəngindir. Bu sərgi məscidin tərkib hissələrini və əmlakını nümayiş etdirəcək və bu məscidin yeni memarlıq əsərlərinin ilk toplusu olacaq. Hazırda Peyğəmbər (s) məscidinin qərb həyətində tikilməkdə olan Sülh Muzeyi kimi sərgilər kolleksiyaya əlavə olunacaq.

O, həmçinin vurğuladı ki, bu sərgi bilavasitə Həzrət Peyğəmbərin (s) dövründən bu günə qədər məscid memarlığının tarixini qoruyub saxlamaq və sənədləşdirmək məqsədi daşıyır.

kod

4055035

captcha