IQNA

Küveyt Quran Dərnəyinin layihələrindən 220 min müsəlman faydalanır

10:19 - May 12, 2022
Xəbər sayı: 3492219
Küveytdəki "Quran minbərləri"Assosiasiyasının inzibati şurasının rəhbəri elan edib ki, Ramazan ayı ərzində dərnəyin xeyriyyə layihələrindən 8 ölkədən 220 min müsəlman faydalanıb.

"İQNA", "Ər-rəy"-ə istinadən xəbər verir ki, Küveytdəki "Quran minbərləri" Assosiasiyasının inzibati şurasının sədri Məhəmməd Əl-Şətti deyib: "Bu dərnək Küveyt daxilindəki xeyriyyə layihələrindən əlavə, Suriya, Hindistan, Yəmən, Somali, Banqladeş, Mavritaniya və İndoneziyanın xeyriyyə tələblərini yerinə yetirmək üçün dünyada çoxsaylı xeyriyyə layihələri həyata keçirmişdir".

O əlavə edib ki, bu planlara oruc tutanlara iftar vermək, dul və yetimlərə dəstək olmaq, quyu qazmaq və Quran mərkəzlərinin yaradılması daxildir. Planın bir hissəsi suriyalı ailələrə və Quranı əzbərləyən yetimlərə və yetimlərə bayramıq verməkdən ibarətdir.

Əl-Şətti  qeyd edib ki, Ramazan ayı ərzində dərnəyin xeyriyyə layihələrindən 8 ölkədən 220 min müsəlman faydalanıb.

4056345

Teqlər: küveyt ، quran ، dərnək ، layihə ، müsəlman
captcha