IQNA

Misir konfransında məscidlərin konstruktiv rolunun olduğu vurğulanıb

13:29 - May 21, 2022
Xəbər sayı: 3492261
Misirdə keçirilən Süveyş əyalətinin Vəqf Konfransında cəmiyyətin islah olunmasında məscidlərin konstruktiv rolunun olduğu vurğulanıb.

İQNA, "Əl-Bələd"-ə istinadən xəbər verir ki, Misirin Süveyş vilayətinin vəqflər nazirinin müavini Şeyx Məcid Razi Fərəc bu gün vilayətin məscidləri və dini işlər üzrə bir qrup müdirləri ilə görüşüb. İclasda məscid işlərinin başçıları, Dini İrşad, Qurani-Kərim işlərinin başçısı və tabeliyində olan idarələrin bir qrup müdirləri iştirak ediblər.

Şeyx Məcid Razi deyib ki, məscidin cəmiyyətin islah edilməsində və sabitləşməsində öz rolunu oynaması üçün əməkdaşlıq və həmrəylik lazımdır. Məscid sahəsində işləmək çox məsuliyyətli bir məsələdir. Dərslər, Quran oxuyub əzbərləmək, ona əməl etmək cəmiyyətin tərəqqisi üçün lazımdır.

Sonda o, mötədil təfəkkürün yayılması yolu ilə cəmiyyətin və onun sabitliyinin qurulması üçün səylərin göstərilməsinin zəruriliyini vurğulayıb.

4058244

Teqlər: misir ، konfrans ، məscid ، konstruktiv ، mötədil
captcha