IQNA

İmam Sadiqin (ə) Quranın təfsirindəki üsulu

10:10 - May 27, 2022
Xəbər sayı: 3492297
İmam Sadiqin (ə) Quranın təfsirindəki ümumi üsulu təhlil, istidlal və ictihada əsaslanır. Həqiqətdə o, Quran maarifini qeyd etmir, əksinə, tələbələrinin təhlil etməsini istəyir, Quranda düşünməyi və onun dərinliklərindən onlara bəhrələnməyi öyrədirdi.

İQNA, xəbər verir ki, İmam Sadiq (ə) Quranın təfsirində hər bir bölümdə zəruri və uyğun olan müxtəlif üsullardan istifadə etmişdir.

İmam Sadiqin (ə) ən mühüm addımlarından biri Quranın hökmlərini, rəvayətlərini və ayələrini təfsir və şərh etmək idi. Bu addımlar elmi üsula əsaslanaraq başladı və davam etdi. O həzrət Quranı təfsir etmək üçün Quranı Quranla təfsir etmək üsulundan istifadə etdi. Quranı Quranla təfsir etmək üsulunda hər bir ayə digər ayələrə əsasən təhlil edilir.

Onun metodlarından biri də Quranı Peyğəmbərin (s) və Əhli-beytin (ə) həyat tərzi əsasında təfsir etmək olub. Yəni Quranı onların həyat tərzi və onlardan əldə edilən rəvayətlər əsasında təhlil edib.

Quranın leksik təfsiri o həzrətin Quranı izah etməsinin başqa bir yolu idi. Bu üsulda Quran kəlmələri nəzərdən keçirilir və Quran onların əsasında təfsir edilirdi.

Tətbiq etmə üsulu İmam Sadiqin (ə) Quranın təfsirində istifadə etdiyi başqa bir üsul idi. Bu üsul bir ayənin müxtəlif hadisələrə, etnik qruplara və cərəyanlara uyğunlaşdırılması deməkdir. Əslində Quranda mövcud olan məfhumların xarici aləmdə nümunələri olmalıdır ki, İmam Sadiq (ə) ayələrin təfsirində nümunələr göstərirdi.

O həzrət ayələrin nazil olma səbəbi kimi üsuldada ayələrin nazil olmasının hadisə və səbəblərindən bəhs edir və ayələrə tarixi baxış da edirdi. Bundan əlavə, bəzi ayələrə istinad edərək gələcək xəbərlərdən də bəhs edir.

İmam Sadiqin (ə) Quranın təfsirindəki ümumi üsulu təhlil, istidlal və ictihada əsaslanır. Həqiqətdə o, Quran maarifini qeyd etmir, əksinə, tələbələrinin təhlil etməsini istəyir, Quranda düşünməyi və onun dərinliklərindən onlara bəhrələnməyi öyrədirdi.

4059828

Teqlər: İmam sadiq ، quran ، təfsir ، üsul ، təhlil
captcha