IQNA

Bağdadda "Qələbə Şəhidləri"nin xatirəsinə həsr olunmuş Quran yarışı keçirilib

9:33 - May 28, 2022
Xəbər sayı: 3492302
İraqın Həşduş-Şəbi (Xalq Səfərbərliyi) heyəti tərəfindən Bağdadda şəhidlər Hacı Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şərəfinə keçirilən "Qələbə Rəhbərləri" Quran yarışmasının ilk mərhələsi keçirilib.

İQNA, xəbər verir ki, bu müsabiqə çərşənbə günü, iyunun 25-də İraqın Həşduş-Şəbi nümayəndə heyətinin Bağdaddakı qərargahında Quran hifzi üzrə keçirilib.

Astan Hüseyninin Darul-Quranının Quran Media Mərkəzinin rəhbəri Səfa Əl-Silavi bununla bağlı deyib: "İraqın "Həşduş-Şəbi" təşkilatının Quran bölməsinin dəvəti ilə Astanın Darul-Quranından bir nümayəndə heyəti müsabiqəyə qatılıb".

O, əlavə edib ki, həmçinin İmam Hüseynin (ə) Astanının Darul-Quranının rəhbəri Şeyx Xeyrəddin Əli Əl-Hadi "vəqf və ibtida" sahəsində hakim olub. İraq Xalq Səfərbərliyinin üzvü olan Astanının Darul-Quranının tələbələrindən bəziləri bu yarışlarda qalib olublar.

4060007

Teqlər: bağdad ، quran ، müsabiqə ، İraq ، imam hüseyn
captcha