IQNA

Dindar olmaq və dindar qalmaq üçün 5 əsas məsləhət

8:06 - June 19, 2022
Xəbər sayı: 3492423
Dindarlıq çox sadədir. Aşağıdakı beş məsləhət, necə həqiqi mömin olmağı və bu yolda qalmağı bilmək üçün qısa və əsas cavablardır.

"İQNA", xəbər verir ki, Firdovsi Universitetinin İlahiyyat və İslamşünaslıq kafedrasının dosenti Əlirza Azad deyib:

1_ Dindar olmağın ən mühüm yolu həqiqi möminlərlə ünsiyyətdir. Təəssüf ki, müasir dövrdə dindarlığın praktiki nümunələri çox az olmuşdur. Bizim ariflərlə bağlı çoxlu əsərlərimiz, kitablarımız var, amma öz aramızda heç bir arif görmürük. Həqiqi möminlərin dini davranışlarını görmək, onlar haqqında kitab oxumaqdan minlərlə dəfə təsirlidir. Amma Allahın övliyalarına əlimiz çatmadığı üçün onlar haqqında yazılanlara və ya deyilənləri oxumalı və onlardan maksimum istifadə etməliyik. Övliyaların həyatını mütaliə edərkən bir vacib məqama diqqət yetirməliyik ki, biz onların fəzilətlərini deyil, əxlaqi fəzilətlərini axtarmalıyıq. Çünki fəzilətlərdən nümunə götürmək olmur, amma əsl dindarlıqda çırağımız ola biləcək əxlaqdır.

  1. Dindar olmağın ikinci yolu dinin qaynaqları ilə tanış olmaqdır, məsələn, Quranın tərcüməsini öyrənmək, "Səhifeyi-səcadiyyə" kimi dualar və s... . Dindarlığı çətin tutmamalıyıq, dindarlıq çox sadədir. Həzrət Peyğəmbər (s) buyurur ki, mən asan bir dinə göndərilmişəm. Dindarlığın ilkin mərhələlərində çətin kitablara və müxtəlif şərhləri mütaliə etməyə ehtiyacımız yoxdur. Ayə və hədisləri mütaliə etmək və onlar haqqında düşünməyin özü çox mühüm bir işdir.
  2. Dindarlıqda üçüncü yol dindən gözləntilərimizi tarazlaşdırmaqdır. Bilməliyik ki, bəzi dini qaydalara əməl etməmək, bəzi dini məsələlərə şübhə ilə yanaşmaq dindar olmamaq demək deyil. dindar olmaq üçün ilk növbədə mükəmməl olmaq məcburiyyətində deyilik. "İman gətirdik" deyən ərəblərin cavabında Quran buyurur ki, "siz hələ iman gətirməmisiniz", deyin: "Biz İslamı qəbul etdik" (Hücürat, ayə 14). Yəni əslində onların İslamını qəbul edir, imanları isə qəbul olunmur. Başqa bir ayədə belə deyilir ki, "ey iman gətirənlər, (ürəkdən) iman gətirin". (Nisa, ayə 136).

4_ Dördüncü yol, dindarların davranışlarını dindarlığımızın meyarı qərar verməməliyik. Çünki bəzi insanların dindarlığı həqiqi olmaya bilər. Bəzi şəxsi və dünyəvi maraqlara nail olmaq üçün özünü dindar kimi göstərə bilərlər. Ona görə də ilk növbədə dini fərdlərdən öyrənməməliyik. İkincisi, dindarlığın meyarını fərdlərə görə seçmək məcburiyyətində olsaq, sədaqətli əməl və davranış sahibi olanları axtarmalıyıq. İnsanların zahiri görkəminə, sözünə deyil, əməli və rəftarına sadiq olanları axtarmalıyıq.

5_ Dindarlığın beşinci yolu başqalarının qəzavətini öz dindarlığımızın ölçü meyarı qərar verməməliyik. Mümkündür dindarlığımız həqiqi olsun, amma başqaları bizi dindar hesab etməsin. Ya əksinə, mümkündür ki, dindarlığımız doğru olmasın, amma başqalarının gözündə dindar olaq.

4010566

 

Teqlər: dindar ، məsləhət ، mömin ، həqiqi iman ، meyar
captcha