IQNA

Bosniya xalqı İslamı qəbul etmələrinin ildönümünü qeyd edib

10:23 - June 26, 2022
Xəbər sayı: 3492460
Bosniya xalqı İslamı qəbul etmələrinin 500-cü ildönümünü "Eyvaz Dədə" Mədəniyyət Festivalı keçirərək qeyd edib.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın mərkəzində yerləşən Brusak şəhərində bosniyalıların İslamı qəbul etməsi münasibətilə "Eyvaz Dədə" festivalı keçirilib.

Bu festival ölkənin ən uzun festivallarından biridir və günlərlə davam edir.

Tarixi məlumatlara görə, minlərlə bosniyalı İslamı qəbul etmələrinin ildönümünü qeyd edir. Bu İslamı qəbul etmək "Eyvaz Dədə" adlı şəxs vasitəsilə həyata keçirilib.

Bu mərasimdə ölkənin hər yerindən və hər yaşdan insanlar ənənəvi geyimdə və atlıların iştirakı ilə Prosakdakı festival mərkəzinə gedirlər.

Tədbirlər iştirakçıların günorta namazını camaatla qılması ilə başa çatır.

Tarixi məlumatlara görə, əslən Türkiyənin Anadolu bölgəsindən olan Eyvaz Dədə 510 il əvvəl bölgə su qıtlığı ilə üzləşdiyi zaman Bosniyanın Brusak şəhərinə gəlib.

Eyvaz Dədə həmin ərazidə 40 gün dua və ibadət etdikdən sonra dağdan axan çay tapıb əhalini quraqlıqdan xilas edə bilib və onlar da minnətdarlıqla İslamı qəbul etdiblər.

4066558

captcha