IQNA

Qətərin Milli Quranı 700 min nüsxə ilə çap ediləcək

11:03 - July 03, 2022
Xəbər sayı: 3492495
Qətərin Vəqflər və İslam İşləri Nazirliyi Türkiyənin "Belnet" mətbəəsi ilə 700 min nüsxə milli Qurani-Kərimin (Qatar Mushaf) çapı üçün müqavilə imzalayıb.

"İQNA", "Ər-Rayə"-yə istinadən xəbər verir ki, bu sazişi Qətər Vəqflər Nazirliyinin Maliyyə və İnzibati İşlər Departamentinin direktoru Seyyid Əhməd Səd Əl-Nəimi və Bell Net çapxanasının direktoru Ərtoğrul Öztürk imzalayıblar.

Bu, Qətər Milli Quranının 2010-cu ildə ilk nəşrindən bəri beşinci nəşridir. Onun həyata keçirilməsi ilə "Mushaf Qatar"ın çap nüsxələrinin sayı təxminən üç milyon 400 min nüsxəyə çatacaq.

Qətərin Vəqf və İslam Məsələləri nazirinin müşaviri Xəlifə ibn Casim Əl-Kvari bildirib ki, "Qətər Mushəf"i dünyada ilk Qurandır ki, onun ərəbcə xəttatlığı üzrə beynəlxalq müsabiqə keçirilib. İslam dünyasının 120-dən çox ən bacarıqlı xəttatları onu yazmaq şərəfi uğrunda bir-biriləri ilə yarışıblar. Bu Quranı bəzəmək üçün başqa yarışlar da keçirilib.

4067863

captcha