IQNA

Aşura əhvalatını anlamaq üçün “Yasin” surəsinin dərsləri

22:53 - August 05, 2022
Xəbər sayı: 3492673
“Yasin” surəsinin maraqlı mövzuları var ki, biz onu tarixi hadisələr kontekstində araşdırdıqda dünyadakı mövqeyimizi və yerimizi dərk edirik. Həmçinin haqq yolunu dəstəkləməyin yollarını daha yaxşı anlayırıq.

İnsanın həyatını düzgün dərk etməsi üçün alətə ehtiyacı var. Əgər müsəlman və mömindirsə, Quran ayələri ilə tanış olmalıdır ki, həyatın müxtəlif vəziyyətlərində özünü Quran ayələrinə uyğunlaşdıra və doğru yolu tapa bilsin.

Quran üzərində düşünmək bizə bu anlayışı çox yaxşı öyrədə bilər. Belə bir işin tələbi Quranda dayanmamız lazımdır. Yəni Quran oxuyarkən dayanıb və surələrin mənaları üzərində düşünmək və bu bundan nəsə əldə etməyimiz lazımdır.

Aşura qiyamının qeyd olunduğu Məhərrəm günlərində İmam Hüseynin (ə) yaxın səhabələrindən olan Həzrət Müslimin şəxsiyyətini xatırlayırıq. Müslim Kufəyə İmamın elçisi olaraq göndərilən İmam Hüseynin (ə) əmisi oğludur.

Rəsul kiminsə nümayəndəsi deməkdir. İndi siyasi arenada tam ixtiyar sahibi olan səlahiyyətli nümayəndə də deyirlər. Buna görə də Müslümün müəyyən bir məsələdə tam səlahiyyəti var idi.

İmam Hüseyn (ə) onu eşitmək, görmək və vəziyyəti təhlil etmək və İmama məlumat vermək üçün göndərmişdi. İnsanlar da onu İmam Hüseynin (ə) elçisi kimi tanımalı və Hüseyn ibn Əliyə (ə) itaət etdikləri kimi, İmam Hüseynin (ə) nümayəndəsi kimi də ona itaət etməlidirlər. Müslimin başına gələn hadisələri “Yasin” surəsinin bəzi mövzuları ilə başa düşmək olar.

Mübarək “Yasin” surəsi insanların elçilərlə rəftarının keyfiyyətindən bəhs edir. Elçilərin qarşısında boyunları bağlanmış kimi, sağa-sola dönüşü olmayanları günahlandırır. “O zaman onlara, iki nəfər (peyğəmbər) göndərmişdik, Amma onların ikisini də təkzib etdilər. Biz (həmin peyğəmbərləri) göndərdiyimiz üçüncü (peyğəmbər) ilə qüvvətləndirdik. (Peyğəmbərlər) hamılıqla dedilər: “Biz sizə göndərilmiş peyğəmbərlərik” (Yasin, 14). Yəni üçüncü elçi ilə onları əziz etdik. Şəhərətrafı yerlərdən olan bir şəxs ki, Quranın onun barəsində xüsusi təbiri var, gəlir. Bu arada camaat elçilərə qarşı inadla ayağa qalxmışdı. O elçilər də bir-birlərinə dəstək olurlar, ta ki şəhərətrafı yerdən gələn o bir nəfər dedi ki, mən onların sözlərini qəbul edirəm və... . Elə ki, sonda onu şəhid edirlər.

Bu hissədə düyünü açan və Kufə əhli və cənab Müslim haqqında bizə gözəl təhlillər verən “Yasin” surəsidir.

Müslim öz imamının rəsuludur. İmam Hüseyn (ə) də özündən əvvəlki İmamın elçisidir, onların Allah Rəsulundan səlahiyyətləri vardır və onların hər birinin itaəti imamların itaətinə bərabərdir. İmam (ə) Müslümə elə bir xüsusi səlahiyyət vermişdi ki, ona tabe olmaq vacib idi. Lakin bu belə olmadı. Çünki camaatın qıfılı qırılmadı.

“Yasin” surəsində bu kilidi kim sındırdı? Bu elçiyə qarşı çıxanların içərisindən bir nəfər irəli çıxdı, heç nədən qorxmadı və həqiqəti söylədi. O, camaatla eyni rəngdə olmadı. Yəni palaza bürünüb ellə sürünmədi. Bir cəmiyyətin xeyirxah insanları üçün yaradıla biləcək hücumu və terroru bir adam qırd. Həzrət Müslümin belə bir insana ehtiyacı vardı.

Ümid edirəm ki, əgər tarix təkrarlanacaqsa və həyatımızda Kərbəlaya bənzər bir hadisə baş versə, müsəlmanlarla qarşılaşacağımız halda, onlarla necə qarşılaşacağımızı biləcəyik; İmamın itaəti ardıcıllarına vacibdir və biz də “Yasin” surəsindən nümunə götürərək ona tabe olmalıyıq.

4075426

captcha