IQNA

Aşura gecəsində İmam Hüseynin (ə) hərəmində Quran məclisi keçirilib

22:31 - August 09, 2022
Xəbər sayı: 3492700
Müqəddəs Hüseyni Astanının Darul-Quranı müqəddəs hərəmdə Qurani-Kərimlə üns məclisi keçirməklə Aşura gecəsini qeyd edib.

"İQNA", Müqəddəs Hüseyni Astanının məlumat bürosuna istinadən xəbər verir ki, bu müqəddəs hərəmin Darül-Quranının müdiri Şeyx Xeyrəddin Əli Əl-Hadi belə deyib: "Hüseyni hərəkatının prinsiplərindən ilhamlanan bu mərkəz hər il Aşura günlərini qeyd etmək üçün mərasim təşkil edir. Onun sözlərinə görə, bu mərasim pak Hüseyni çadırında keçirilib. Ora İmam Hüseyn (ə) və ailəsinin Aşura gecəsini Quran tilavəti ilə keçirdikləri yerdir".

Əl-Hadi vurğulayıb ki, İmam Hüseynin (ə) son gecəsini Quran tilavəti ilə keçirdiyi məkanda bu xatirəni təcəssüm etdirərək belə bir mərasimin keçirilməsi şəhadətin, fədakarlığın mənalarını və İmamın (ə) buyurduğu əsasları izah etmək üçün başlanğıc nöqtəsidir.

Quranla üns məclisi hər il Astan Müqəddəs Hüseyninin himayəsi ilə Aşura gecəsində və pak Hüseyni çadırında keçirilir.

4076984

captcha