IQNA

Dini həyat nümunəsində elm və ağılın əlaqəsi

10:56 - August 11, 2022
Xəbər sayı: 3492706
Yüksək mövqeyinə baxmayaraq, insanın inkişafı üçün təkcə elm kifayət etmir. Həqiqətdə, insan həyatının nümunəsini formalaşdırmaq üçün elmin ağıla ehtiyacı var.

"İQNA", xəbər verir ki, "Dinlər və Məzhəblər Universitet"inin elmi heyətinin üzvü Höccətül-İslam vəl-müslimin Həmidrza Şəriətmədari  dini həyat nümunəsində elm və ağılın əlaqəsindən danışıb ki, onu diqqətinizə çatdırırıq.

Yüksək mövqeyinə baxmayaraq, insanın inkişafı üçün təkcə elm kifayət etmir. Həqiqətdə, insan həyatının nümunəsini formalaşdırmaq üçün elmin ağıla ehtiyacı var. Elm təhsil və təcrübə yolu ilə əldə edilən məlumatların dərk edilməsidir. Lakin bu elmin həyatda faydalı tətbiqi üçün ağıla ehtiyacı var.

Elm cəhalətin əksi deyil. Bizim məsumlarımızın (s) rəvayətlərində var ki, elə alimlər var ki, onların nadanlığı onları məhv edir. Deməli, elm cəhalətə qarşı deyil. Quran nəzərində cəhalət ağılın əleyhinədir. Yəni insan alim ola bilər, lakin ağılından öz elminə uyğun istifadə etməyə bilər və cəhalətə düçar ola bilər. Elm ağıl keçidindən keçməli və faydalı istifadə üçün işlənməlidir.

Cahillik məlumatsızlıq demək deyil

Ayə və rəvayətlərin nəzərində elmi insan həyatını işıqlandıran bir nura çevirən və elmi faydalı edən ağıl, dözümlülük və təqvadır. Cahillik davranış kateqoriyasındandır. Burada ağlın davranış və praktik tətbiqi var. Yəni bu agahlıq ​​davranışda təsirli olmalıdır.

Ağıl ölçülüb-biçilmiş, kontrol və cilovlamaq deməkdir. Yəni ağıllı insan ehtiyatlı və düşünərək hərəkət edir.

Din deyir ki, əgər bir şeydən xəbərdar olursan və onu öyrənirsənsə, əməl etməzdən əvvəl düşünməlisən və görməlisən ki, əməlin hansı nəticələrə gətirib çıxarır. Düzgündür, ya yox. Elə buna görə də rəvayətdə deyilir ki, alimin yatması cahilin bütün gecəni oyaq qalıb ibadət etməsindən yaxşıdır.

ağılın başqa bir ölçüsü təcrübə və nəticəyə yönəlmədir. Yəni sınaq və səhvdən keçmiş təcrübədən istifadə etməli və nəticə verməyən işləri təkrarlamamalıyıq. Hədis və ayələrdə insanlara ağıllı və dinə uyğun davranışda kömək edən 20-yə yaxın meyar və ölçü vardır.

Hədislərdə var ki, ağıl boğaza ilişmiş tikənin rəftarına bənzəyir. Yəni o məsələni yavaş-yavaş hazırlayıb həzm edək. Tələsik və emosional davranışlardan çəkinmək deməkdir.

4077028

captcha