IQNA

Tanzaniyada Quran hifzi və tərtil qiraəti üzrə yarışlar keçiriləcək

12:10 - August 12, 2022
Xəbər sayı: 3492711
"Məhəmməd Sadis” Afrika Alimlər İnstitutunun Qurani-Kərimin hifzi, tərtil və təcvidi üzrə yarışların üçüncü mərhələsinin final mərhələsi Tanzaniyada keçiriləcək.

"İQNA", "Əl-yəvm 24"-ə istinadən xəbər verir ki, Bu müsabiqə 2022-ci il avqustun 11-dən 14-dək Tanzaniyanın "Darus-Salaam" şəhərindəki "Məhəmməd Sadis" məscidində keçiriləcək. Burada 34 ölkədən “Məhəmməd Sadis” Afrika Alimlər İnstitutunun filial rəhbərləri və üzvləri iştirak edəcəklər.

88 iştirakçı "Məhəmməd Sadis" Afrika Alimləri İnstitutunun filialları adından bir-biri ilə yarışacaq.

Bu müsabiqənin kənarında "Məhəmməd Sadis" Afrika Alimləri İnstitutu avqustun 11-də Allahın Kitabını xatırlamaq üçün xüsusi Quran sərgisi keçirəcək. Orada Mərakeş Quranlarının tarixi və bu Quranların estetik xüsusiyyətləri və bədii müxtəlifliyi izah ediləcək.

4077042

captcha