IQNA

Kanadada dinlərin ardıcıllarının birgə yaşamını gücləndirmək təşəbbüsü

11:01 - August 13, 2022
Xəbər sayı: 3492715
Kanadanın Ontario şəhərindəki bir məsciddə başqa dinlərin davamçılarını qarşılamaq üçün illik mərasim keçirilib. Onlara pulsuz yemək təklif edilib.

"İQNA", "Brier Todi"-yə istinadən xəbər verir ki, Kanadanın Ontario şəhərindəki Berri məscidinin rəhbəri Yusif Harun deyib: "Bu yaxınlarda “Barı” məscidinin tikintisini başa çatdırdıq. Bu məsciddə İslam dini ilə bağlı hər kəs üçün açıq olan suallara cavab verən mərkəz yaratdıq".

Bu məscid ilk dəfə 2004-cü ildə Ferris Lane ərazisində açılıb. Bu yaxınlarda o genişləndirildi və 500-ə yaxın yerli ailəyə xidmət göstərir.

“Bari” məscidində başqa dinlərin ardıcıllarının illik qarşılanma mərasimi pulsuz yemək və əyləncə proqramlarının təqdim edilməsi ilə müşayiət olunub. Yerli satıcılar öz mallarını satışa çıxarıblar.

Mərasimdə yerli yanğınsöndürən maşın da iştirak edib. Yanğınsöndürənlər uşaqları yanğınsöndürmə vasitələri ilə tanış ediblər. Bu tədbirdə bir pizzacı iştirakçılara pulsuz pizza təklif etdi.

4077436

captcha