IQNA

Qazaxıstanda Nursultan məscidinin açılışı olub

10:30 - August 15, 2022
Xəbər sayı: 3492724
Orta Asiyanın ən böyük məscidi, dünyanın 10 ən böyük məscidindən biri, təxminən 57 min kvadratmetr sahəsi olan Nur Sultan Böyük Məscidi cümə günü Qazaxıstan respublikasının paytaxtı Nur Sultan şəhərində açılıb.

"İQNA", "TRT Ərəb"-ə istinadən xəbər verir ki, Açılış mərasimində Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev, Özbəkistan, Qırğızıstan, Monqolustan, Rusiya və Misirin dini qurumları, İslam ölkələrinin Qazaxıstandakı səfirləri və bir çox KİV nümayəndələri iştirak ediblər.

Nazarbayev bu mərasimdəki çıxışında deyib ki, bu məscid Uca Allahın razılığı üçün tikilmişdir ki, müstəqillik dövründə bu ölkənin suverenliyini möhkəmləndirməsinə kömək etdi.

O əlavə edib ki, məscidin ibadət üçün açılması təkcə paytaxt və ölkəmiz üçün deyil, bütün İslam dünyası üçün mühüm hadisədir.

Bu məscidin tikintisinə 2019-cu ildə başlanılıb və koronovirusun yayılmasının yaratdığı problemlərə baxmayaraq, məscidin tikintisi dayanmadan davam edib.

İslam memarlığının ənənəvi qazax bəzəkləri ilə birləşdiyi bu məscidin dizaynı çox xüsusidir və təxminən 68.000 kvadratmetr ərazidə tikilib. O, Mərkəzi Asiyanın ən böyük məscididir.

Bu məscid 35.000 nəfər tutumuna malikdir və dünyanın 10 ən böyük məscidindən biri hesab olunur. Xüsusi istilik sisteminin olması səbəbindən dindarlar hətta Qazaxıstanın sərt qışında da məscidin həyətində namaz qıla bilərlər.

4077716

captcha