IQNA

Quranda təqvalıların xüsusiyyətləri

23:34 - August 16, 2022
Xəbər sayı: 3492736
Məhəmməd Əli Ənsari “ (Onlara deyilər:) Bu sizə vəd olunandır. Bu, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan hər bir kəs üçündür” (Qaf, 32) ayəsini şərh edərkən deyib ki, Quran ayələrinə əsasən, təqvalılar öz dinlərini və nəfslərini qoruyandırlar.

Bu təfsirin xülasəsini diqqətinizə çatdırırıq.

"Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir.) Onlara deyiləcəkdir:) Bu, vəd olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəhmandan (Onu) görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönmüş qəlblə gələn bəndə üçündür!" (Qaf, 31-33).

Əvvəllər birinci qrup insanların Qiyamət günü vəziyyətindən bəhs etmiş və cəhənnəmə düşmə səbəbi olan altı cinayət ünvanını araşdırmışdıq. İkinci qrup barədə danışırıq. Cəhənnəmə göndərilənlərin qarşısında Quran buyurur ki, Cənnət təqvalılara yaxınlaşır.

Quranda təqvalıların dörd xüsusiyyəti

Aşağıda Allah təqvalıların vəsfində dörd xüsusiyyəti bəyan edir. Əvvəlcə deyir ki, bu cənnət hər bir “Əvvab Həfiz” vəd olunan cənnətdir. "Əvvab" sifəti davamlı olaraq son məqsədə müraciət edən birinə aiddir. Deməli, "Əvvab" o kəsdir ki, həmişə həyat yolunu Allaha döndərəcək şəkildə təyin etmiş və onun həyatının məqsədi Uca Allah tərəfindən müəyyən edilmişdir.

"Həfiz" sözü güclü və davamlı qoruyan deməkdir. Nədən qorumaq? İlahi kəlamda iki qorunma vardır və insan iki şeyi qoruya bilər. Birinci hal nəfsi qoruma, buna misal olaraq cinsi instinktlərin qorunmasıdır. Nəfsi qorumaq, insanın nəfsin istəklərini idarə etmək qabiliyyətinə malik olması deməkdir. İnsanın nəfsi tərbiyə və pak edilməlidir. Əks halda öz başına buraxılarsa, çirkinliyə, dəvət edər. Əgər insan səadət və kamillik yolunda getmək istəyirsə, insanın varlığında böyük bir xəzinə olan bu nəfsi tam dərk etməli, onun zərər və imtiyazlarını bilməlidir.

İkinci qoruma dinin qorunmasıdır. Allahla əlaqəmiz ikitərəflidir. Allahın dini ilə münasibətimiz ikitərəflidir. Yəni din insanı, insan isə dinin himayəçisidir. Dinin tərkib hissələrində də eyni ikitərəfli münasibət qaldırılır. Məsələn, Quranda namaz haqqında eyni mənanı ifadə edən bir sifət işlədilir: “O kəslər ki, namazlarını qoruyarlar” möminlərin öz namazlarını qorumaları deməkdir. Namazın ədəbini, şərtlərini və vaxtını qoruyuruq. Digər tərəfdən, namaz bizi pisliklərdən qoruyur. Namaz nə qədər namz olsa, bizi o dərəcədə qoruyur.

Dinin əsası budur ki, din bizi qoruyan yoldur. Əgər biz din yolunda olsaq, din bizi xətalardan, günahlardan qoruyar. Məsələn, iqtisadiyyatda haram yeməkdən, siyasətdə zülm, fitnə-fəsaddan və s. qoruyur.Ona görə də din bizi qoruyur. Amma tələbi budur ki, biz də dini qoruyaq. İndi dini necə qoruyub saxlamaq olar? Bizim bir elmi bir də praktiki qorumağımız var. Elmi qorumaq dinin bütün cəhətlərini öyrənmək və anlamağa çalışmaqdır. Praktik qoruma o deməkdir ki, əməl mövqeyində Allahın dininə hücum edilərkən və düşmənlər dini məhv etməyə çalışdıqda biz ayağa qalxıb Allahın dini uğrunda mübarizə aparmalıyıq.

4077554

captcha