IQNA

Nəhcül-Bəlağədə həyat tərzinin meyarları

11:20 - August 17, 2022
Xəbər sayı: 3492740
“Nəhcül-bəlağə” tarix boyu insan həyatına yol açan bir kitabdır və islami həyat tərzini ondan çıxarıb tanıtmaq olar.

Nəhcül-Bəlağədə həyat tərzinin meyarlarıQuran və Nəhcül-Bəlağənin tədqiqatçısı Həbibullah Sabirinəsəb “İQNA”-ya müsahibəsində “Nəhcül-bəlağə”də təkəbbürün təsirlərini açıqlayıb ki, onu aşağıda oxuyacağınız:

İslami həyat tərzini Nəhcül-bəlağədən çıxarmaq olar. Həzrət Əli (ə) bu dəyərli kitabda 235 dəfə birbaşa və dolayı yolla ilahi ayələrə istinad etmişdir ki, bu da dini mətnlərdə vəhy kəlamını tanımaq kimi mühüm prinsipi izah edir.

“Nəhcül-bəlağə” maddi, mənəvi, siyasi, ictimai, mədəni və s. mətləblərlə doludur. Bu da bu kitabı digər kitablarla müqayisədə fərqləndirir. Həzrət Əli (ə) İslamın əzəmətli Peyğəmbərindən (s) tərbiyə almış  və Quranın tam mənasına əməl etmişdir. Ona görə də qiymətli kitabının müxtəlif yerlərində bəzi ayələri təfsir etmişdir ki, tarix boyu insan həyatına yol aça bilər.

Nəhcül-bəlağə həmişə təzəlik, təravət və həyat iyi verir. Əgər insanlar bu dəyərli kitabdan bəhrələnsələr, mütləq səadət və rifah yolunda addımlayarlar. Nəhcül-bəlağə insanlar arasında əlaqə yaradır. Onun hikmətli təlimlərini həyata keçirməklə səadətə gedən yolu asanlaşdırmaq olar.

“İnfitar” surəsinin 6-cı ayəsində buyurulur: “       Ey insan! Səni kərim olan Rəbbim barədə aldadan (və ya: məğrur edən) nədir?". Həzrət Əli (ə) insanları qürur və təkəbbürdən, fəlakət girdabına düşməkdən xilas etmək üçün biz insanlara öyüd-nəsihətlər verir ki, bunları nəzərə almaq və diqqətdən kənarda saxlamamaq lazımdır.

Nəhcül-bəlağənin təkəbbürlə bağlı xəbərdarlıqları maraqlıdır. 223-cü xütbənin bir hissəsində özünə zülm etmək haqqında buyurur: “Odur ki, əzm və qətiyyətin gücü ilə ürəyini zəiflədən dərdinə şəfa ver, oyanış və ayıqlıqla qəflət yuxusundan oyan".

Həyatda özünə və başqalarına qarşı təkəbbür etmək yaraşmaz. İnsan hər şəraitdə Allahın əmrlərinə tabe olmalı və bu yoldan heç vaxt dönməməlidir. Bu gün düşmən təbliğat vasitələrindən istifadə edərək gəncləri məğrurluq uçurumuna və sonda boşluğa aparmağa çalışır. Bir halda ki, ilk addımda insan özünə mərhəmət etməlidir ki, başqa insanlara qarşı mehriban və mərhəmətli ola bilsin. Əslində, sağlam və ilahi yaşama sahib olmaq üçün insanı xilas etməyin yolu Allaha xalis itaətdən və Allahla ünsiyyətdə olmaqdan keçir. Bu da Həzrət Əmirin (ə) kəlamında mühüm yer tutur: “Allaha itaət edin və Onu yad edin".

Quranda, Nəhcül-bəlağədə və Məsum İmamların (ə) rəvayətlərində qınanan və təkəbbürün təsirlərini tanımaq ondan çəkinməyə zəmin yarada bilər. O cümlədən ədəbə riayət etməmək, dost və qohumlarla sevgini tərk etmək, məğrur şəkildə yol getmək, qeyri-ənənəvi baxışlar kimi məsələlərə işarə etmək olar. Əlbəttə, məğrurluq gizli xüsusiyyət də ola bilər ki, bu da qeybət bəhanəsi ilə başqaları ilə ünsiyyətdən qaçmaq və dərsi bilmək bəhanəsi ilə ustadın sinfini tərk etmək kimi məsələlərdə özünü göstərə bilər.

 4074174

captcha