IQNA

Allaha qarşı optimist olmağın psixoloji təsirləri

18:59 - August 18, 2022
Xəbər sayı: 3492747
İnsanın qəlbində formalaşdırdığı inam onun dünyaya baxışını formalaşdırır. Buna əsasən, bəzi insanlar Allaha qarşı xoş zənnə sahibdirlər və Allaha təvəkkül edirlər. Bəziləri isə Allaha qarşı bədbindir. Allaha qarşı bədbin olmaq böyük günah sayılır. Lakin bu məsələdən başqa Allaha qarşı bədbin olmağın sıxıntı və təşviş və gələcək üçün narahatçılıqdan başqa bir nəticəsi yoxdur.

Qurani-Kərimin və hədislərin ümumi terminində güman ən azı iki məna daşıyır. Birinci zənn insanın heç bir məlumatı olmayan bir şeyə qarşı şübhə və qorxusunun olmasıdır. Onu şübhə ilə ifadə edir. Necə ki, “Nəcm” surəsinin 28-ci ayəsində buyururlur: "Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz!".

İkinci məna isə insanın başqaları haqqında pis zənnə sahib olmasıdır. Bu başqaları bəzən Allah, bəzən də insanlardır.

Ətraf mühitə və ətrafdakı insanlara şübhə ilə yanaşmağın insanlar arasında münasibətlərə təsir edən ən ciddi psixoloji problemlərdən biri olduğu deyilir.

İnsanın Allaha qarşı sui-zənni etiqad baxımından ən böyük günahlardan sayılır və insanın imanına birbaşa təsir göstərir. Əgər insan Allaha münasibətində onu müdrik, ədalətli və xeyirxah görsə, bu halda dünyaya və hadisələrə müsbət baxışa sahib olacaq. Allah Qurani-Kərimin Bəqərə surəsinin 185-ci ayəsində buyurur: "Allah sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Həmçinin (istəyir ki,) müəyyən olunmuş miqdarı(otuz günü) tamamlayasınız və sizi hidayət etməsinin şükrü olaraq "təkbir" deyərək Allahı əzəmətli sayasınız, bəlkə (Onun) şükrünü yerinə yetirə bildiniz".

Həzrət Peyğəmbər (s) bu böyük günah kontekstində buyurur: “Allaha qarşı bədbin olmaq ən böyük günahlardan biridir. Allaha qarşı xoş zənnə sahib olmağın qiyməti cənnətdir”. Başqa sözlə desək, nikbinlik insanlara ümid və aramlıq gətirir və bizi yaxşı şeylərə doğru çəkir. Bədbinlik də ümidsizliyə və Allahın rəhmətindən uzaqlaşmaya səbəb olar.

Biz yaxşı və pis inanclarla, düşüncələrlə yaşayırıq və bu inanclar birbaşa insanın ruhuna təsir edir. Əgər kimsə günah işlətsə belə, Allaha nikbin baxıb onu bağışlayacağını düşündüyü üçün tövbə etməyə çalışar. Başqa sözlə desək, insan Allaha qarşı yaxşı zənnə sahib olsa, çətinliklərə və müsibətlərə dözməsi asan olar. Çünki Allahın bəndələri üçün pislik istəmədiyini bilir.

captcha