IQNA

“Nidaul-Əqsa” xidmət çadırında beynəlxalq Quran qiraət məclisi keçirilib

10:08 - September 17, 2022
Xəbər sayı: 3492935
Qurani-Kərimin qiraətinin beynəlxalq məclisi Ərbəin zəvvarlarının Kərbəlaya doğru piyada yürüşü yolunda “Nidaul-Əqsa” xidmət çadırında İran, İraq, bəzi ərəb və İslam ölkələrinin tanınmış qarilərinin iştirakı ilə keçirilib.

"İQNA", İraqdan xəbər verir ki, bu Quran toplantısı İmam Hüseynin (ə) Quranın Beynəlxalq Təbliğ Mərkəzi tərəfindən və Ərbəin zəvvarlarının yürüşü yolunda “Nidaul-Əqsa” xidmət çadırında təşkil olunub.

Beynəlxalq Quran Təbliğ Mərkəzinin direktoru, ustad Müntəzir Əl-Mənsuri deyib: "Bu Quran məclisi Kərbəla şəhərinin Əhli-Beyt (ə) Universiteti  ilə əməkdaşlıq çərçivəsində keçirilib. Orada bir qrup məşhur qiraətçi və bir sıra İslam dünyasının alim və şəxsiyyətləri iştirak edib.

4085876

captcha