IQNA

Yaponiyanın yeni məscidi

17:12 - September 22, 2022
Xəbər sayı: 3492964
Yaponiyanın şimalında yeni açılan məscid bölgədəki müxtəlif etnik və millətlərdən olan müsəlman azlıqların toplaşdığı məkana çevrilib.

"İQNA", "Asahi"-yə istinadən xəbər verir ki, Yaponiyanın şimal-şərqindəki Miyaqi əyalətinin İşinomaki balıqçı limanında məscid var.

İyul ayında tikintisi başa çatan bu məscidin bu müsəlmanların gündəlik həyatında mühüm yeri var.

İşinomaki məscidində 100-dən çox insan iştirak edir. 27 yaşlı gənc indoneziyalı deyir ki, məscid onun üçün zəruridir.

Bu məscidin sonradan genişləndirilməsi nəzərdə tutulur. Onun müsəlmanlara halal üslubda hazırlanmış yeməklərin verilməsi üçün restoran və kitabxanası da olacaq.

4087067

captcha