IQNA

Mərakeşdə 16-cı Beynəlxalq Quran müsabiqəsi keçirilib

11:04 - September 28, 2022
Xəbər sayı: 3492991
Sentyabrın 27-də Kasablankada 6-cı Məlik Məhəmməd Mükafatı 16-cı Quran hifzi, qiraəti və təfsiri müsabiqəsi başlayıb.

"İQNA", "Nəbz"-ə istinadən xəbər verir ki, Mərakeş Beynəlxalq Quran Müsabiqəsinin 16-cı dövrəsi sentyabrın 27-də Qurani-Kərimin hifzi, qiraəti, təfsiri və təcvidinin müxtəlif sahələri üzrə Kasablanka şəhərində başlayıb.

Bu yarışma Mərakeş kralı “6-cı Məlik Məhəmməd” adı altında hər il Mərakeşin Vəqf və İslam İşləri Nazirliyi tərəfindən və Həzrət Peyğəmbərin (s) mövludunun ildönümü ərəfəsində keçirilir.

Bu yarışmada 40 ərəb, Afrika və Asiya ölkəsindən Qurani-Kərimin hafizləri və qariləri arasından 60 iştirakçı iştirak edir. Yekun nəticələr cümə günü elan ediləcək və qaliblər mükafatlarla təltif olunacaqlar.

4088327

captcha