IQNA

Fədakarlıq nicat yoludur

6:16 - October 02, 2022
Xəbər sayı: 3493010
İnsan yaşamaq üçün yüksək məqsədləri var. Bu məqsədlərə çatmaq üçün bütün gücünü sərf edir. Ancaq bu yolda insanlar güclərinin əhəmiyyətli bir hissəsini başqalarına kömək etmək üçün sərf edir. Bu xüsusiyyətə fədakarlıq deyilir.

Fədakarlıq “başqalarını özündən üstün tutmaq” mənasındadır. Termində bu, “insanın özünün ehtiyacı olan bir şeyi kimisə bağışlamaq” deməkdir. Fədakarrlıq, Allah rizası üçün canından, malından, vəzifəsindən və bu kimi şeylərdən keçməyə şamil olur. Baxmayaraq ki, daha çox maddi məsələlərdə başqalarını ön plana çıxarmaq və ya başqalarının istəklərini birinci yerə qoymaq üçün istifadə olunur.

Fədakarlıq insanlığın ən gözəl və nəcib əlamətlərindəndir. Qurani-Kərim nümunələr göstərilməklə fədakarlıq və fədakarlıq edənləri təriflənmişdir. Özləri yoxsul olsalar da, öz mallarını və evlərini Peyğəmbərlə (s) birlikdə Məkkədən Mədinəyə hicrət edən müsəlmanlara verən ənsarlardan (İslam Peyğəmbərinin (s) Mədinədə olan səhabələri) bəhs edir: "Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) hicrət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr -məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır! (Həşr, 9).

Fədakarlıqda ən mühüm məsələ onu etməkdə ixlas və qəlbin paklığıdır. Fədakarlıq nə qədər böyük olsa da münafiqlik və ya minnət qoymaq onu məhv edər. Qurani-Kərimdə fədakarlıqda riya ilə bağlı gözəl bir bənzətmə var: "Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxartmayın. Belə kimsələrin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz! (Bəqərə, 264).

captcha