IQNA

Dünyanın ən kiçik məscidi

20:05 - October 12, 2022
Xəbər sayı: 3493068
Bu gün yol kənarlarındakı məscidlər və iaşə obyektlərindəki ibadət otaqları adi hala çevrilsə də, bizə bu qədər kiçik ölçülərə malik olmuş tarixi məscidlər haqda olduqca az məlumat gəlib çatıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agenltiyi) Az.shafaqna.com-a xəbər verir ki, bu cür ibadətgahlardan biri də Hindistanın Heydərabad şəhərindəki Mir Mahmud Sahib məscididir. O, dünyanın ən balaca məscidi hesab edilir. Öz xırda sahəsinə baxmayaraq, o, zərif və əzəmətli memarlıq üslubu ilə görənləri heyran edir.

Adıçəkilən məscidin sahəsi cəmi 10 kvadrat metrdir və orada eyni zamanda 5 nəfər ibadət edə bilər.

Mir Mahmud Sahib məscidi təpənin üzərində inşa edilib və bir zamanlar İraqdan gəlmiş müsəlmanın adı ilə adlandırılıb. O, 16-cı əsrdə Hindistanda məskunlaşıb.

Məscid cəmi bir tağ və 2 çox balaca, lakin eyni zamanda çox hündür minarəyə sahibdir.

Ehtimal edilir ki, həmin minarələr həm də ətraf ərazilərə müşahidə nöqtəsi kimi istifadə edilirdi.

Hazırda həmin məscid qəzalı halda olduğu üçün ziyarətçilər üçün qapalıdır və orada namaz qılınmır.

captcha