IQNA

Ayətullah Sistani humanitar fəaliyyətləri təqdir edib

19:43 - October 17, 2022
Xəbər sayı: 3493095
Bazar günü İslam Peyğəmbərinin mübarək mövludu ərəfəsində (16 oktyabr) Nəcəfdə böyük mərcə Ayətullah Seyid Sistani “əl Ayn” humanitar yardım qurumunun rəsmilərini qəbul edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com xəbər verir ki, bazar günü İslam Peyğəmbərinin mübarək mövludu ərəfəsində (16 oktyabr) Nəcəfdə böyük mərcə Ayətullah Seyid Sistani “əl Ayn” humanitar yardım qurumunun rəsmilərini qəbul edib.

Görüşdə qurumun sədr və işçiləri iştirak ediblər.

Onlar Ayətullah Sistaniyə kimsəsiz uşaqlara edilən dəstəklərlə bağlı bir hesabat təqdim edərək, onun bu yöndə dəstəklərinə görə təşəkkür ediblər.

Ayətullah Sistani bu qurumun işçilərinə dua edərək, yetimlərə xidmətdə uğurlarının artmasını dilədi.

“Bu qurumun yanaşması insanpərvər, humanitar və əxlaqi yanaşmadan xəbər verir və bu qurumun əhatə etdiyi insanların dini, əxlaqi və ictimai mədəniyyətlə dərin əlaqədə olmaları məqsədəuyğundur”, -deyə Ayətullah Sistani bildirib.

captcha