IQNA

Səudiyyədə 8 şiə yeniyetmə edam olunacaq

15:47 - November 07, 2022
Xəbər sayı: 3493221
Səud məhkəmələri şiələrə qarşı repressiv və ən ağır hökmləri icra etməkdə davam edir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) “İslamazeri.com“a istinadən xəbər verir ki, Səudiyyədə 8 şiə yeniyetmə edam olunacaq. Məlumata görə, sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının güc strukturları tərəfindən müxtəlif vaxtlarda həbs olunan 8 yeniyetmə haqqında ən ağır cəza tətbiq olunacaq.

Səud rejimi məhkəməlıəri bu yeniyetmələri terror, krallığa etiraz, siyasi məhbusların dəfn mərasimində iştiraka görə edam edəcəklərini bildiriblər.

Dünya insan haqlarından bəziləri buna reaksiya verərək, bu edamları tənqid ediblər.

Məlumat üçün qeyd edək ki, edam olunacaq yeniyetmələr illər öncə edam olunan ruhani alim Baqir Nimrin yaşadığı Səudiyyənin Avamiyə əyalətinin Qətif bölgəsindəndir.
captcha