IQNA

Quran nə deyir? /33

Vəhdət və təfriqədən çəkinmə səmavi çağırışdır

18:58 - November 07, 2022
Xəbər sayı: 3493222
“Ali-İmran” surəsinin 103-cü ayəsində müsəlmanların birliyi vacib vəzifə hesab edilir. Həmçinin Quranın cəmiyyətin birliyində ən mühüm amil olduğu vurğulanır.

Uca Allah biz insanlara iki fərqləndirici və görkəmli xüsusiyyət vermişdir. Biz onlara diqqət etməklə rəng, irq, torpaq və maliyyə kapitalından kənarda bir-birimizə bağlana bilərik. İnsan olmaq və böyük İslam dininin əmrlərinə tabe olmaq, Allahın birliyini bəyan etmək bu qiymətli sərvətlərdir.

Bu gün İslam ümməti böyük problemlərlə üz-üzədir. İslam düşmənləri müxtəlif məzhəb, dil, etnik və hətta tarixi planlar həyata keçirərək vəhdətdə təsirli olan amilləri məhv etməyə və ya zəiflətməyə çalışırlar.

Bu kritik vəziyyətdə müsəlmanların düşmənlərin planlarını bilməklə yanaşı həmrəylik və birlik yaradan, təfriqə və parçalanmadan çəkindirən amilləri önə çəkmələri lazımdır.

Bu məsələnin əhəmiyyəti o dərəcədədir ki, Allah 50-dən çox ayədə vəhdət və onun yaranma səbəblərini və ixtilafların səbəblərini qeyd etmişdir.

“Ali-İmran” surəsinin 103-cü ayəsində belə buyurulur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!".

Bu ayənin mənasının izahında "Nur" təfsirində buyurulur: "Allah möminləri birliyə dəvət edir və təfriqədən çəkindirir. İslam cəmiyyəti tövhid və tövhid mehvərinə arxalanaraq birliyini qorumalıdır. Bu bölmə tövhidin əsasları ilə bağlıdır.

Qurani-Kərimin bu ayəsində İslamın vəhdət yaratmaqdakı möcüzəvi təsirini ifadə etmək üçün müsəlmanlara İslamdan əvvəl yaşadıqları düşmənçilikləri xatırladır.

Allah təkcə müsəlmanları deyil, bütün insanları haqq oxu ətrafında bir araya gəlməyə, ixtilaf və təfriqəni tərk etməyə dəvət edir.

Quran ayələri üzərində düşünərək başa düşə bilərik ki, təfriqədən çəkinmək ilahi peyğəmbərlərin dəvətinin ən əsas rükünlərindən biridir. Həmçinin dini bərqərar etmə prinsipi qədər vacibdir.

İlahi ipin mənası haqqında müxtəlif şərhlər var. Bəziləri onu Quranla məhdud, bəziləri isə onu Kitab və Sünnə, İlahi Din, Allaha itaət, xalis tövhid, Əhli-beytin (ə) vilayəti adlandırmışlar. Bəziləri isə bu arada bunların hamısını iliahi ip adlandırmışlar.

Birlik yaratmaq və onu qorumaq və təfriqənin qarşısını almaq üçün müxtəlif həll yolları bəyan edilmişdir.

İxtilafları həll etmək üçün Quran və Sünnəyə istinad etmək, həmrəylik yaratmaq, bağlılıqları gücləndirmək, dialoq üçün şərait yaratmaq, ictimai həyatda əxlaqi göstərişlərə fikir vermək onların bir hissəsidir.

Quran bizə öyrədir ki, əgər o kəslər bütün müqəddəs məqsədlərə çatmaq üçün sizinlə əməkdaşlıq etmək istəmirlərsə, onların əməkdaşlığını ortaq mühüm məqsədlərə cəlb etməyə çalışın. Bundan məqsədlərə çatmaq üçün istifadə edin və heç vaxt dağılmayın.

Oxşar xəbərlər
captcha