IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 4

Nəhcül-Bəlağədə səbir və vaxtında tədbir görmək

10:59 - November 25, 2022
Xəbər sayı: 3493314
Fitnələrdə səbirli olmaq və vaxtında tədbir görmək və müsəlman hökmdarlarının dövründəki hadisələrdən ibrət dərsi almaq xüsusi əhəmiyyət kəsb edir. İmam Əli (ə) düzgün qərarın verilməsində ən mühüm amilləri zamanı tanımaq, auditoriyanı tanımaq və onların tutumunu tanımaq kimi təqdim edir.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. Onun “Fitnədə dərs və səbir” başlıqlı sözləri fitnədə səbrin müzakirəsi və vaxtında tədbir görülməsi ilə bağlıdır. Onun mətnini aşağıda oxuya bilərsiniz:

Nəhcül-bəlağənin beşinci xütbəsini seçdim ki, ondan bir hissəni sizə təqdim edim. Bu xütbənin bəyan olmasının səbəbi çox mühümdür. O dövrlə bağlıdır ki, Əbu Süfyan ilk xəlifənin Peyğəmbərin (s) canişini təyin edildikdən sonra xudbinlik üzündən Əli ibn Əbi Talibə (ə) təklif edir ki, Həzrət ona kömək edərkən müsəlmanların rəhbərliyini öz öhdəsinə götürsün. Bu təklifin məqsəd və məramından xəbərdar olan İmam Əli (ə) bu məzmunda xütbə oxudu ki, məzmunu onun üçün deyilən hekayədən daha mühüm və təsirlidir. Bu xütbədə bir növ ibrət dərsi, səbirli olmaq və tədbir tökmək var.

İmam (ə) bu xütbədə buyurur: “Ey insanlar! Xilasetmə gəmiləri ilə fitnə dalğalarını keçin. İxtilaf və parçalanmadan çəkinin. Fəxr etmək və özünü üstün görmək taclarını yerə qoyun. Yoldaşları ilə ayağa qalxan və ya geri çəkilib camaatı rahat buraxan nicat tapdı. Bu cür rəhbərlik dadı pis olan su, böyük və boğazı tutan tikə kimidir. Meyvəni kal və yetişməmiş dərən isə başqasının yerində əkən əkinçi kimidir".

Ola bilsin ki, biz müxtəlif məsələlərdə qərar qəbul edib mövqe sərgiləmək istəyirik. Amma bu mövqeyi ifadə etmək vaxtı hələ gəlib çatmayıb. Ya  ya da nəsə demək istəyirik və vaxtının çatmadığını və susmağın daha yaxşı olduğunu hiss edirik. Çünki susmayıb sözümüzü desək, sözümüz hədər və faydasız olar.

Danışmalı olduğumuz yerdə sussaq, susmalı olduğumuz yerdə danışırıqsa, bu, Kal meyvəni dərmək kimidir. Meyvəni kal dərməyimiz isə başqasının torpaqda əkmək kimidir.

Bu xütbənin davamında İmam Əlinin (ə) nə ölümdən qorxduğunu, nə də dünyaya həris olduğunu göstərən bir cümlə var. Buyurur: “Elə bir vəziyyətə düşmüşəm ki, danışsam deyəcəklər ki, hökuməti ələ keçirməyə hərisdir, sussam, ölümdən qorxduğunu deyəcəklər”. Heç vaxt, mən və ölüm qorxusu? Bütün bu müharibələrdən və bədbəxt hadisələrdən sonra? Allaha and olsun ki, Əbu Talibin oğlunun Allah yolunda ölməyə olan sevgisi və marağı uşağın ana sinəsinə olan marağından daha böyükdür. Gizli elmlərdən və hadisələrdən xəbərdar olduğum üçün səssizliyi seçdim. Əgər onları sizə desəm, dərin quyuda ipin titrəməsi kimi titrəyər və narahat olarsınız.

Bu ifadələr öz daxilində zamanı tanımaq, auditoriyanı tanımaq və onun tutumunu bilmək bəhsini ifadə edir. Bütün insanlar, xüsusən də xüsusi elmi və cəmiyyəti xəbərdar etmək missiyası olanlar buna diqqət yetirməlidirlər.

captcha