IQNA

Qurana görə ateizmin (ateizmə inancın) səbəbi

23:59 - December 07, 2022
Xəbər sayı: 3493383
Dini məntiq baxımından ateizm və Allahı inkar etməyin səbəbi elmi dəlillər deyil. Ateizm tarixini araşdırdıqda belə bir nəticəyə gəlirik ki, Nitsşe, Sartr, Kamyu kimi ateist olan insanlar əvvəlcə ateizmi qəbul etmiş, sonra bunu sübut etmək üçün səbəblər axtarmışlar.

Elmi heyətin üzvü və tədqiqatçı Əhməd Şahqulu İranın Hikmət və Fəlsəfə Tədqiqat İnstitutunda keçirilən "Allahın varlığı Quranda sübuta yetirilibmi?" adlı toplantıda çıxış edib. Aşağıda onun sözlərindən bəzi hissələri oxuya bilərsiniz;

Quranın çoxsaylı ayələrindən çıxan nəticə budur ki, Allahın varlığı aşkar olsa da, bəzi insanlar bu aşkarlığı anlamırlar. Bunun səbəbi inadkarlıq, kin və düşmənçilikdir. Başqa bir məsələ də budur ki, bəzi ayə və rəvayətlərə görə günah və üsyan Allahı və ya peyğəmbərliyi inkar etmək mənbəyidir. Rəvayətdə deyilir ki, günahsəbəb olur ki, insan Allah Rəsulunun vilayətini inkar etsin və nəticədə şirkə düşsün. Bu rəvayətdə günahın inkar mənbəyi olduğu açıq-aydın bildirilir.

Dini məntiq baxımından ateizmin və Allahı inkar etməyin səbəbi qeyri-mərifəti amillərdir. Yəni tədqiqatla əldə olunmur, amma əsas amil idrak və elmi məsələlərdən başqadır. Ateizm tarixini araşdırdıqda belə bir nəticəyə gəlirik ki, Nitsşe, Sartr, Kamyu kimi ateist olan insanlar əvvəlcə ateizmi qəbul edib, sonra bunu sübut etməyə çalışıblar.

Sartr “Mən nəyəm” kitabında deyir: "Elə bir küfr və ateizm yoxdur ki, onun səbəbi sosial nizamsızlıqda olmasın". Sartr deyir ki, mən on iki yaşımda ateist olmuşam, sonra onun dəlillərini axtarmağa getmişəm. Odur ki, Qurana görə, əgər ateizmin elmi olmayan səbəbləri varsa, ona cavab vermək üçün də elmi olmayan səbəblərdən istifadə edilməlidir.

Bertran Rasseldən soruşdular ki, o dünyaya getsən və Allahın var olduğunu görsən, nə deyərsən? Cavabında deyir ki, “Allaha deyəcəm ki, niyə varlığını qəbul etmək üçün mənə kifayət qədər səbəb göstərmədin?”. Amma Rasselə demək lazımdır ki, qapı və divar Allahın varlığına işarədir, amma siz buna fikir vermirsiniz.

captcha